Əsas səhifə » Qazaxıstanda qızılcadan iki uşaq vəfat edib – Nazirlik

Qazaxıstanda qızılcadan iki uşaq vəfat edib – Nazirlik

Daspina Hasanova

Bakı, AzerPress:

Qazaxıstanda qızılcadan iki uşaq vəfat edib.

AzerPress-in məlumatlına görə, bunu Qazaxıstan Respublikasının səhiyyə nazirinin müavini Ayjan Esmaqambetova ölkdə ölümlə nəticələnən qızılca halları barədə məlumat verərkən deyib.

O qeyd edib ki , ölüm halları Astanada və Şərqi Qazaxıstan vilayətində qeydə alınıb.

banner

“Ölənlər bir yaşa qədər , yəni peyvənd yaşına çatmamış uşaqlardır. Uşaqlardan biri vaxtından əvvəl doğulduğu üçün çoxlu patologiyaları var idi, qızılca isə bu  pataloji halları daha da gərginləşdirmişdi”-deyə o bildirib.

Məlumat üçün bildirək ki ,bu il noyabrın sonunda Qazaxıstanda qızılcaya yoluxan 30 uşaq ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.

Onlardan 15-i bir yaşa qədər olan uşaqlardır.Bundan əvvəl ölkədə qızılcada ölənlərin qeydə alınmamışdı. 

Qazaxıstanda 2 min 375 uşaq qızılcaya yoluxub.

Digər Kateqoriyalar

2023 © AzerVoice