Əsas səhifə » Qazaxıstanda KTMT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir

Qazaxıstanda KTMT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir

Fərid Mikayilov

Bakı,VOA

Qazaxıstan Respublikasının Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleunun sədrliyi ilə Almatıda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir.

VOA xəbər verir ki, iclasda KTMT-yə üzv dövlətlərin xarici işlər nazirləri beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərini, o cümlədən KTMT-yə sədrlik dövründə Qazaxıstan Respublikasının prioritetlərinin yerinə yetirilməsi üzrə tədbirlərin həyata keçirilməsinin gedişatını müzakirə edəcəklər.

İclasın yekununda Təşkilatın fəaliyyətinin daha da təkmilləşdirilməsinə yönəlmiş sənədlərin imzalanacağı və bir sıra siyasi bəyanatların qəbul ediləcəyi gözlənilir.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice