Əsas səhifə » Qazaxıstanda 3 min illik eksponatlar sərgilənib

Qazaxıstanda 3 min illik eksponatlar sərgilənib

Orkhan Qadirzade

Bakı, AzerVoice

Qazaxıstanın şərqində, Altay dağları bölgəsində aparılan arxeoloji qazıntılar zamanı tapılan, Saka dövrünə aid təxminən 3 min illik qızıl əşyalar paytaxt Astanada sərgilənir.

AzerVoice xəbər verir ki, Astanada Qazaxıstan Milli Muzeyində “Ulu Dala Altındarı (Böyük Çöl Qızılları)” sərgisi ziyarətçilərin ixtiyarına verilib.

Sərgidə əksəriyyəti Saka (İskitlər) və Qərbi Göktürk Xaqanlığı dövrünə aid olan 2500-ə yaxın tarixi əsər yer alır.

banner

Məşhur qazax arxeoloqu Prof. Dr. Zeynolla Samaşev Sərgidəki əsərlərin ən qədiminin 3 min il əvvələ, ən yenisinin isə 1000 il əvvələ aid olduğunu bildirib.

Həmçinin o, “xalis qızıldan hazırlanan bu əsərlər, bölgədə zərgərliyin çatdığı inkişaf səviyyəsini göstərir ”- deyib.

N.Samaşev sərgilənən əsərlərin Şərqi Qazaxıstan vilayətində saklara məxsus türbə, kurqan və sosial komplekslərdə aparılan tədqiqatlar zamanı tapıldığını bildirib.

Həmçinin o, deyib ki :

“Saxa dövründə həyatını itirən hökmdarlar və onların ailə üzvləri, həmçinin mühüm qələbələr qazanmış əsgərlər qızılla işlənmiş paltarlarda dəfn edilirdilər. İstifadə etdikləri qiymətli əşyalar, hətta mindikləri atlar da onlarla birlikdə dəfn edilirdi. Bu isə o dövrdə olan axirətə inamı göstərir”.

Samaşev Qərbi Türk Xaqanlığına məxsus türbədə tədqiqat işləri apararkən xaqana aid olduğunu düşündükləri qızıl əşyalar tapıblar. Arxeoloq bildirdiyinə görə sözügedən sərgidə bu eksponatlar da sərgilənir.

Qazaxıstan hökumətinin 2016-cı ildən etibarən Şərqi Qazaxıstanda hərtərəfli qazıntılara başladığını bildirən Samaşev, “Mən şəxsən rəhbərlik etdiyim 8 ildə ölkəmizdəki muzeylərə 28 min əsər əlavə etdik “- deyib.

Sərgi oktyabrın 20-nə qədər davam edəcək.

Digər Kateqoriyalar

2023 © AzerVoice