Əsas səhifə » Qazaxıstan YUNESKO-nun Ümumdünya İrs Komitəsinə üzv seçilib

Qazaxıstan YUNESKO-nun Ümumdünya İrs Komitəsinə üzv seçilib

Laman Asadli

Bakı, AzerPress:

Qazaxıstan 2023-2027-ci illər üçün YUNESKO-nun Ümumdünya İrs Komitəsinə üzv seçilib.

AzerPress xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Qazaxıstan Ümumdünya Mədəni və Təbii İrsin Mühafizəsi Konvensiyasına üzv dövlətlərin Baş Assambleyasının 24-cü sessiyası zamanı səsvermənin nəticələrinə əsasən seçilib.

banner

Qeyd edək ki, Komitə mədəniyyət obyektlərinin Ümumdünya İrs Siyahısına daxil edilməsi barədə qərar qəbul edən, onların qorunma vəziyyətini qiymətləndirən və gələcək nəsillər naminə bu obyektlərin qorunması səylərində Konvensiyaya üzv dövlətlərə dəstək verən 21 dövlətdən ibarətdir. Komitəyə üzvlük Konvensiyaya üzv olan dövlətlərin mədəni və təbii irsin mühafizəsi məsələlərində ekspert potensialının inkişafına töhfə verir.

Ümumdünya İrs Siyahısına Qazaxıstan ərazisində altı milli və transsərhəd obyekt daxildir

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice