Əsas səhifə » Qazaxıstan və Almaniya yaşıl enerji sahəsində əməkdaşlığı genişləndirir və Almaniya yaşıl enerji sahəsində əməkdaşlığı genişləndirir

Qazaxıstan və Almaniya yaşıl enerji sahəsində əməkdaşlığı genişləndirir və Almaniya yaşıl enerji sahəsində əməkdaşlığı genişləndirir

Laman Asadli

Bakı, AzerPress:

Qazaxıstan və Almaniya yaşıl enerji sahəsində əməkdaşlığı genişləndirir.

AzerPress xəbər verir ki, bu barədə razılaşma Almaniyanın vitse-kansleri Robert Habek ilə Qazaxıstanın baş nazirinin birinci müavini Roman Sklyarın Berlində danışıqları zamanı əldə edilib.

Məlumata əsasən, görüş zamanı tərəflər sənaye, energetika, ticarət, nəqliyyat, logistika və kənd təsərrüfatı sektorlarına üstünlük verərək ticari-iqtisadi əməkdaşlıq barədə müzakirələr aparıb.

banner

Habek Qazaxıstanla enerji və təbii ehtiyatlar sahəsində əməkdaşlığı Almaniya iqtisadiyyatı üçün ən populyar sektorlardan biri kimi qiymətləndirib. O, həmçinin, 2024-cü ilin yayına kimi birgə konkret layihələrin siyahısının formalaşdırılacağının gözlənildiyini bildirib.

Qeyd edək ki, Almaniyanın Svevind Energy şirkəti Qazaxıstanda təxminən 50 milyard dollar investisiya cəlb edərək yaşıl hidrogen istehsalı kompleksinin tikintisinə başlayır.

Bundan əlavə, Qazaxıstan Almaniyanın Mərkəzi Asiya ölkələri ilə ticarətinin ümumi həcminin 80%-dən çoxunu təşkil etməklə Almaniyanın regionda aparıcı ticarət və iqtisadi tərəfdaşıdır.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice