Əsas səhifə » Qazaxıstan milli PUA ANKA-S-i inventara daxil etməyə hazırlaşır

Qazaxıstan milli PUA ANKA-S-i inventara daxil etməyə hazırlaşır

Aytac Suleymanova

Bakı. AzerPress:

Türkiyə müdafiə sənayesi çərçivəsində inkişaf etdirilən ANKA-S pilotsuz uçuş aparatının Qazaxıstan ordusu donanmasına daxil edilməsi üçün hərbi sınaqları başlayıb.

AzerPress-in məlumatına görə, Qazaxıstan Müdafiə Nazirliyi ANKA-S-nin sınaqdan keçirilməsi prosesinin görüntüsünü paylaşıb.

Nazirlikdən verilən məlumata görə, qəbul sınaq mərhələlərindən uğurla keçən Türkiyənin ANKA-S pilotsuz uçuş aparatının hərbi sınaqlarına başlanılıb. ANKA-S-nin uçuşları ilk dəfə olaraq Qazaxıstan hərbçilərinin nəzarəti altında həyata keçirilib.

banner

Hərbi sınaq uğurla başa çatarsa, ANKA-S Qazaxıstan Hava Hücumundan Müdafiə Qüvvələrinin donanmasına daxil ediləcək.

Qanadları 18 metrə qədər çatan ANKA-S-nin uçuş sürəti, 120 ilə 270 kilometr arasında dəyişir və səmada 27 saata qədər fasiləsiz qala bilir.

Qeyd edək ki, iyul ayında Türkiyənin Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən hazırlanan ANKA Pilotsuz Uçuş Aparatı (PUA) Qazaxıstanda sınaqlara başlayıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice