Bakı,AzerVoice
Qazaxıstan Milli Məclisinin deputatları Avrasiya İqtisadi İttifaqının (Aİİ) İranla sazişinin ratifikasiyası məsələsinə baxılmasına səs veriblər.
AzerVoice xəbər verir ki, Qazaxıstanın İqtisadi İslahat və Regional İnkişaf Komitəsinin sədri Nurtay Səbilyanovun sözlərinə görə, Aİİ, onun üzvü olan ölkələr və İran İslam Respublikası arasında azad ticarət sazişi 2023-cü il dekabrın 25-də Sankt-Peterburqda bağlanıb.
“Onun məqsədi ticarət-iqtisadi əməkdaşlığı genişləndirmək, o cümlədən tərəfdaş bazarlarda malların təşviqi və Aİİ ölkələrinə investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaratmaqdır”, – deyə Səbilyanov bildirib.
Bu ilin beş ayında Qazaxıstanla Aİİ arasında qarşılıqlı ticarət dövriyyəsi 20,2 milyard dollara çatıb ki , bu da Qazaxıstanın ümumi ticarət dövriyyəsinin 37%-ni təşkil edir.
Qeyd edək ki, gecə İran tərəfi İsrail ərazisinə 400-ə yaxın ballistik raket buraxıb.