Əsas səhifə » “Qarabağ” 25 ilin rekordunu vurub

“Qarabağ” 25 ilin rekordunu vurub

Laman Asadli

Bakı. AzerPress:

Azərbaycan Premyer Liqasının 2023-cü ildə keçirilən oyunlarında “Qarabağ” hamıdan çox – 88 qol vurub.

İdman.biz xəbər verir ki, bu toplardan 45-i cari mövsümün ilk, 43-ü isə ötən mövsümün ikinci yarısına təsadüf edib.

Qurban Qurbanovun yetirmələri bununla da Azərbaycan çempionatlarında son 25 ilin rekorduna imza atıb.

banner

1998-ci ildən sonrakı dövr üçün əvvəlki rekord 87 qola bərabər idi. Buna 2022-ci ildə nail olan Ağdam klubu öz göstəricisini 2023-cü ildə yaxşılaşdırıb.

Daha çox qola sonuncu dəfə 1998-ci ildə “Kəpəz” imza atıb. Qərblilər həmin vaxt 91 dəfə fərqlənib.

“Qarabağ”ın ötən ilki məhsuldarlığı ölkə çempionatları tarixində ümumilikdə 4-cü nəticənin təkrarıdır. 1995-ci ildə “Kəpəz” eyni sayda fərqlənib.

Qeyd edək ki, mütləq rekord 1992-ci ildə 104 qol vuran “Neftçi”yə məxsusdur.

Bir təqvim ilində 75 və daha çox qol vuranlar:
1. “Neftçi” – 104 (1992)
2. “Xəzər” (Sumqayıt) – 100 (1992)
3. “Kəpəz” – 91 (1998)
4-5. “Kəpəz” – 88 (1995)
“Qarabağ” – 88 (2023)
6. “Qarabağ” – 87 (2022)
7. “Neftçi” – 78 (1996)
8. “Kəpəz” – 76 (1992)

İdman.biz

Digər Kateqoriyalar

2023 © AzerVoice