Əsas səhifə » Qəzzaya humanitar yardımın girişi uzun müddətdir ki, əngəllənib

Qəzzaya humanitar yardımın girişi uzun müddətdir ki, əngəllənib

Hafiz Rufizoglu

Bakı, AzerVoice

65 gündür Qəzza zolağına yardım və tibbi ləvazimatlarının girişinin qarşısı alınır.

AzerVoice xəbər verir ki, bu barədə hökumətin Qəzzadakı Media Ofisindən verilən yazılı açıqlamada qeyd edilib.

Açıqlamada, Qəzza zolağında quru sərhəd qapılarının bağlanmasının minlərlə uşaq, xəstə və mülki vətəndaşın həyatını təhdid etdiyi bildirilib.

banner

Qəzza zolağının sərhəd qapılarına yüz minlərlə ton yardım və tibbi ləvazimat yığıldığı və onların bölgəyə buraxılmadığı qeyd edilib.

Qəzza hökumətinin Media Ofisi, İsrailin iyunun 17-də Rəfah Sərhəd Qapısını dağıtmasının 15 mindən çox yardım maşınının bölgəyə girməsinə mane olduğunu və yük maşınlarının gözlədiyini açıqlayıb.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice