Əsas səhifə » Qəzzanın şimalına təxminən 150 yük maşını yardım çatdırılıb – Fələstin Qızıl Aypara Cəmiyyəti

Qəzzanın şimalına təxminən 150 yük maşını yardım çatdırılıb – Fələstin Qızıl Aypara Cəmiyyəti

Hafiz Rufizoglu

Bakı. AzerPress:

Qəzzanın şimalına təxminən 150 yük maşını yardım çatdırılıb.

AzerPress-in məlumatına görə, bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti deyib.

“Humanitar fasilə başlayandan bəri Fələstin Qızıl Aypara qrupları Qəzza şəhəri və şimal bölgələrinə təxminən 150 yük maşını yardım çatdırıb. Ərzaq, su, humanitar və tibbi yardımlardan ibarət yardımlar könüllülər vasitəsilə məcburi köçkünlərə paylanıb. ” – deyə açıqlamada bildirilib.

banner

Qeyd olunub ki, Qəzzanın şimalına çatdırılmaq üçün bu gün daha 40 yük maşını nəzarət məntəqəsindən keçib.

Qeyd edək ki, noyabrın 24-də HƏMAS dördü yeniyetmə olmaqla 13 girovu İsrail tərəfinə təhvil verib. Təl-Əviv isə bunun əvəzində 39 fələstinlini – 24 qadını və 15 yeniyetməni azad edib.

Razılaşma çərçivəsində HƏMAS hərəkatının əlində olan 50 israilli girovun qarşılığında İsrail həbsxanalarında olan 150 fələstinli azadlığa buraxılacaq.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice