Əsas səhifə » Qəzzadan üç yaralı uşaq Ankaraya gətirilib – Koca

Qəzzadan üç yaralı uşaq Ankaraya gətirilib – Koca

Laman Asadli

Bakı, AzerPress:

Qəzzadan üç yaralı uşaq Ankaraya gətirilib.

AzerPress xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

Məluumata əsasən, uşaqları Esenboğa hava limanında səhiyyə naziri Fahrettin Koca qarşılayıb. Uşaqlar buradan təcili yardım maşınları ilə müalicə üçün xəstəxanaya göndərilib.

banner

Nazir Koca yaralıların Etlik Şəhər Xəstəxanasında müalicə ediləcəyini bildirib.

“Sabah Qəzzadan üçüncü təxliyənin baş tutacağını gözləyirik. Uşaq və gənclərdən ibarət üçüncü yaralı qrupu Türkiyəyə gətiriləcək. Sahə Xəstəxanaları ilə bağlı daha əvvəl də qeyd etdiyim kimi, İsrail, Misir və Türkiyənin koordinasiya qrupu araşdırma aparmaq üçün Misirdədir. Bunun üçün yer müəyyənləşdirilməkdədir”, – deyə türkiyəli nazir qeyd edib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice