Əsas səhifə » Qəzzadakı uşaqların öldürülməsinə susanlar da bu cinayətə ortaq olurlar – UNİCEF sözçüsü

Qəzzadakı uşaqların öldürülməsinə susanlar da bu cinayətə ortaq olurlar – UNİCEF sözçüsü

Aytac Suleymanova

Bakı. AzerPress:

Qəzzadakı uşaqların öldürülməsinə susanlar da bu cinayətə ortaq olurlar.

AzerPress-in məlumatına görə, bu sözləri UNİCEF sözçüsü Ceyms Elder deyib.

“Qəzzada vəziyyət uşaqlar və qadınlar üçün getdikcə pisləşir. Qəzzanın cənubundakı hücumlar ən az şimaldakılar qədər şiddətlidir. Uşaqlara qarşı müharibəni dayandırmalıyıq, baş verənlərə susmaq bu cinayətlərə ortaq olmaqdır”,- deyə o bildirib.

banner

Qeyd edək ki, Qəzza zolağında ölənlərin sayı 15,5 min nəfəri keçib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Digər Kateqoriyalar

2023 © AzerVoice