Əsas səhifə » Qəzzada ölənlərin sayı 20 mini ötüb

Qəzzada ölənlərin sayı 20 mini ötüb

Hafiz Rufizoglu

Bakı. AzerPress:

Oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 20 674 nəfərə çatıb.

AzerPress-in məlumatına görə, bu barədə Fələstin Səhiyyə Nazirliyi öz teleqram kanalında məlumat yayıb.

Məlumata görə, daha 54 min 536 nəfər xəsarət alıb.

banner

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice