Əsas səhifə » Qəzzada ölənlərin sayı 18 mini ötüb

Qəzzada ölənlərin sayı 18 mini ötüb

Laman Asadli

Bakı, AzerPress:

İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 18 min 205-ə çatıb.

AzerPress xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra açıqlama verib.

Məlumata əsasən, hücumlar nəticəsində yaralıların sayı 49 min 645-ə yüksəlib, 22 xəstəxana və 46 sağlamlıq mərkəzinin xidməti dayandırılıb.

banner

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice