Əsas səhifə » Qəzzada mülki vətəndaşların öldürülməsi beynəlxalq hüququn pozulmasıdır – Hakan Fidan

Qəzzada mülki vətəndaşların öldürülməsi beynəlxalq hüququn pozulmasıdır – Hakan Fidan

Laman Asadli

Bakı. AzerPress:

Qəzzada mülki vətəndaşların öldürülməsi beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.

AzerPress xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan İran XİN rəhbəri Hüseyn Əmir Abdullahian ilə ortaq mətbuat konfransında çıxışı zamanı deyib.

“Türkiyə olaraq hər platformada bəyan etmişik ki, kimin, hansı məqsədlə həyata keçirməsindən asılı olmayaraq, günahsız vətəndaşları hədəf alan hücumları qəbul etmirik. Müvafiq tərəflərlə diplomatik görüşlər həyata keçirirk. İsrail tutduğu yanlış yoldan dönməli və zorakılığa son qoymalıdır. Bəzi ölkələrin Qəzzada törədilən qətliamı dəstəkləməsi qəbuledilməzdir. Bütün aktorları davamlı sülhü dəstəkləməyə çağırırıq. Ukrayna üçün ayrıca standart, Fələstin üçün ayrıca standart ola bilməz, əgər biz ədalətli dünya istəyiriksə, prinsipial hərəkət etməliyik”, – deyə o əlavə edib.

banner

Fidan onu da bildirib ki, həll yönümlü alternativ fikirlərin müzakirə ediləcəyi zəmin yaradılmalıdır.

“Beynəlxalq Sülh Konfransının bu münaqişənin həlli ilə bağlı ən uyğun platforma olacağını düşünürük. Türkiyə olaraq koordinasiyalı şəkildə əvvəlcə atəşkəs, sonra isə daimi sülhün bərqərar olması üçün üzərimizə düşəni etməyə qərarlıyıq. Bütün bu səylərin məqsədi paytaxtı Şərqi Qüds olmaqla, coğrafi bütövlüyünə malik suveren Fələstin dövlətinin yaradılmasıdır. Həm Fələstin, həm də İsrail üçün sülhə nail olmağın yolu iki dövlətli həlldən keçir”, – deyə o vurğulayıb.

Ləman Əsədli

Twitter: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice