Əsas səhifə » Qəzzada məktəblərin 76 faizindən çoxu yenidən qurulmalıdır

Qəzzada məktəblərin 76 faizindən çoxu yenidən qurulmalıdır

Hafiz Rufizoglu

Bakı, VOA

Qəzzada məktəblərin 76 faizindən çoxunun yenidənqurmaya ehtiyacı var.

VOA xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsi bildirib.

İdarə İsrailin oktyabrın 7-dən bəri hücumlarını davam etdirdiyi Qəzza zolağında məktəblərin 76 faizindən çoxunun yenidənqurma və təmirə ehtiyacı olduğunu açıqlayıb.

banner

Qeyd edilib ki, Qəzzada məktəblər böyük ölçüdə dağılsa da, UNRWA əməkdaşları oyun və təhsil məqsədilə fələstinli uşaqlara qayğı göstərməyə davam ediblər. Köçkün fələstinlilər Qəzza zolağında məktəblərə sığınsalar da, İsrailin hücumlarına məruz qalıblar.

Xatırladaq ki, iyunun 15-də İsrail Qəzzanın cənubundakı Rəfah şəhərindəki UNRWA məktəbini artilleriya hücumları ilə vurarkən, hadisə zamanı çoxlu fələstinli ölüb və yaralanıb.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda ən az 15 min 694-ü uşaq, 10 min 279-u qadın olmaqla 37 min 431 fələstinli ölüb, 85 min 653 nəfər yaralanıb.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice