103
Bakı. AzerPress:
Qəzza zolağına humanitar yardım daşıyan 81 yük maşını “Kerem-Şalom” və “Rəfah” buraxılış məntəqələrindən bölgəyə daxil olub.
AzerPress xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Məlumata görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi bunun hədsiz dərəcədə az olduğunu bildirib.
“Bu, Qəzza zolağındakı insanlar üçün mümkünsüz vəziyyətdir. Döyüşlər dayandırılmalıdır”, – BMT Ofisinin bəyanatında deyilir.