Əsas səhifə » Qəza məsələsində İƏT ölkələri ilə ortaq mövqeyimiz dünya üçün nümunə oldu – Ərdoğan

Qəza məsələsində İƏT ölkələri ilə ortaq mövqeyimiz dünya üçün nümunə oldu – Ərdoğan

Laman Asadli

Bakı. AzerPress:

Qəza məsələsində İƏT ölkələri ilə ortaq mövqeyimiz dünya üçün nümunə oldu.

AzerPress xəbər verir ki, bu sözləri Rəcəb Tayyib Ərdoğan Körfəz Əməkdaşlıq Şurasının 44-cü Sammitində çıxışı zamanı deyib.

“Ər-Riyadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının sammiti ilə Fələstin xalqına dəstəyimizi göstərdik. Sammitdə qəbul edilən qərarlara əməl etməyimiz vacibdir. Qətərin Qəzzada qısamüddətli humanitar fasilə və girovların mübadiləsinin təmin edilməsinə verdiyi töhfələri dəstəkləyirik. İsrail Baş naziri Benyamin Netanyahu hakimiyyətini uzatmaq üçün bölgənin gələcəyini təhlükəyə atır. 17 minə yaxın fələstinlinin həyatını itirməsi müharibə cinayətidir”, – deyə o vurğulayıb.

banner

R.T.Ərdoğan onu da bildirib ki, Türkiyənin əsas prioriteti Qəzzada dərhal daimi atəşkəsin elan edilməsidir.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

İsrailin Qəzzaya hücumları nəticəsində 7 oktyabrdan bu günə qədər 15 min 899 nəfər həyatını itirib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice