57
Bakı. AzerPress:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edən digər ölkələrin rəhbərləri dekabrın 26-da Sankt-Peterburqda “Yekaterina sarayı” (“Екатерининский дворец”) ilə tanış olublar.
AzerPress xəbər verir ki, XVIII əsr memarlığının şah əsəri sayılan “Yekaterina sarayı”nın inşası 1744-cü ildən 1756-cı illəri əhatə edib. 1918-ci ildə “Yekaterina saray-park ansamblı” muzeyə çevrilib.
İkinci Dünya müharibəsi illərində faşist istilası zamanı bu tarixi abidə dağıdılaraq talan edilib, muzey kolleksiyasının əhəmiyyətli hissəsi itirilib, dağıntılar və talan nəticəsində abidəyə ciddi ziyan dəyib. “Yekaterina sarayı”nın bərpası 1957-ci ildən bəri davam edir.