Əsas səhifə » Prezident İlham Əliyev: Şərqi Avropa Qrupuna daxil olan ölkələrin COP29-la bağlı Azərbaycanın namizədliyini dəstəkləməsi dostluğumuzun nümunəsidir

Prezident İlham Əliyev: Şərqi Avropa Qrupuna daxil olan ölkələrin COP29-la bağlı Azərbaycanın namizədliyini dəstəkləməsi dostluğumuzun nümunəsidir

Tasnim İsmixan

Niş. AzerPress:

Bir neçə gün bundan əvvəl yenə də biz növbəti dostluq təzahürünün şahidi olmuşuq. Həm Serbiya, həm Bolqarıstan, həm də Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə izin verdilər, öz dəstəyini göstərdilər.

AzerPress xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: “Bu, bir daha həm dostluğumuzun nümunəsidir, eyni zamanda, onu göstərir ki, baxmayaraq Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Əminəm ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcək”.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice