Əsas səhifə » Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmirini təbrik edib

Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmirini təbrik edib

Aytac Suleymanova

Bakı. AzerPress:

Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu göndərib.

AzerPress xəbər verir ki, məktubda deyilir:

“Küveyt Dövlətinin Əmiri kimi taxta çıxmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

banner

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Küveyt dostluq əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Küveyt xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.

Digər Kateqoriyalar

2023 © AzerVoice