Əsas səhifə » Pirotexniki vasitələrin satışını təşkil edənlər məsuliyyətə cəlb edildi

Pirotexniki vasitələrin satışını təşkil edənlər məsuliyyətə cəlb edildi

Tasnim İsmixan

Bakı. AzerPress:

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AzerPress-ə verilən məlumata görə, keçirilən tədbirlər zamanı şəhər ərazisində yerləşən 3 mağazada gizli şəkildə pirotexniki vasitələr satan şəxslər müəyyən olunub.

Onlardan müxtəlif növ partlayıcı maddələr və pirotexniki vasitələr aşkar edilərək götürülüb.

banner

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice