Əsas səhifə » Pezeşkianın andiçmə mərasiminin keçiriləcəyi gün elan olunub

Pezeşkianın andiçmə mərasiminin keçiriləcəyi gün elan olunub

Narmin Ağayeva

Bakı, AzerVoice

İranın yeni seçilən prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi 30 iyulda İran parlamentində təşkil olunacaq.

AzerVoice-in məlumatına görə, bunu İran parlamenti Rəyasət Heyətinin sözçüsü Əlirza Səlimi deyib.

Onun sözlərinə görə, mərasim İran prezidenti Ali Lider Ayətulla Seyid Əli Xamenei tərəfindən təyin olunduqdan sonra yerli yüksək səviyyəli rəsmilər və müxtəlif ölkələrdən rəsmilərin iştirakı ilə təşkil ediləcək.

banner

Yeni prezident andiçmə mərasimindən sonra 2 həftə ərzində proqramını və hökumətin tərkibini parlamentə təqdim etməlidir. Parlamentdə təqdim olunan nazirlərə etimad səsinin verilməsi ilə bağlı bir həftə ərzində müzakirələr aparılacaq.

Qeyd edək ki, İranda 5 iyulda keçirilən növbədənkənar prezident seçkilərinin 2-ci turunda “İslahatçılar” düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian təxminən 16,4 milyon səslə qalib gəlib. Onun rəqibi “Mühafizəkarlar” düşərgəsinin nümayəndəsi Səid Cəlili isə 13,5 milyon səs toplayıb.

Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.

Digər Kateqoriyalar

2023 © AzerVoice