53
Bakı, AzerVoice
Qırğızıstanlı boksçu Munarbek Seyitbek Parisdə keçirilən Olimpiya Oyunlarında yarımfinala yüksəlib.
AzerVoice xəbər verir ki, Munarbek Seyitbek boks turnirində 57 kq çəki dərəcəsində mübarizə aparıb.
Qeyd edək ki, Seyitbekin rəqibi 2021-ci il dünya çempionu və 2023-cü il Panamerika Oyunlarının çempionu ABŞ təmsilçisi Camal Harvi olub.
Hər biri 3 dəqiqədən ibarət üç raundun yekunlarına görə, hakimlər bölünmüş qərarla qələbəni qırğızıstanlı boksçuya veriblər.
Məlumat üçün bildirək ki, yarımfinal döyüşləri avqustun 8-də baş tutacaq.
Hafiz Rufizoğlu