Əsas səhifə » Pakistan qırıcıları Azərbaycan Prezidentinin təyyarəsini müşayiət edib

Pakistan qırıcıları Azərbaycan Prezidentinin təyyarəsini müşayiət edib

Narmin Ağayeva

Bakı, AzerVoice

Azərbaycan Prezidentinin təyyarəsi Pakistan ərazisinə daxil olarkən qırıcılar tərəfindən müşayiət olunub.

AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında paylaşım edib.

“Pakistanın hava məkanına daxil olarkən Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Azərbaycanın 1 nömrəli heyətini salamlayır və müşayiət edir!”, – paylaşımda deyilir.


banner

Digər Kateqoriyalar

2023 © AzerVoice