Əsas səhifə » Özbəkistan prezidenti BƏƏ-yə səfər edəcək

Özbəkistan prezidenti BƏƏ-yə səfər edəcək

Laman Asadli

Bakı, AzerPress:

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Mohamed bin Zayed Al Nahyanın dəvəti ilə 30 noyabr-2dekabr tarixlərində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev BMT-nin İqlim Dəyişikliyi Konfransında iştirak etmək üçün Dubay şəhərində səfərdə olacaq.

AzerPress xəbər verir ki, konfransda İqlim 150-dən çox ölkənin dövlət və hökumət başçıları, nüfuzlu beynəlxalq təşkilatların, maliyyə institutlarının rəhbərləri iştirak edəcək.

Məlumata əsasən, tədbirin gündəliyinə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının əsas müddəalarının həyata keçirilməsi, müasir ekoloji çağırış və təhdidlərə qarşı mübarizə, yaşıl iqtisadiyyatın məqsəd və vəzifələrini təşviq etmək üçün geniş beynəlxalq əməkdaşlıq məsələləri daxildir.

banner

Özbəkistan prezidentinin sammitin plenar iclasında çıxış edəcəyi, bir sıra ikitərəfli görüşlər və danışıqlar aparacağı gözlənilir.

Qeyd edək ki, Özbəkistan Respublikası BMT-nin Çərçivə Konvensiyasına 1993-cü ildə qoşulub, 2018-ci ildə ölkə Paris Sazişinin iştirakçısı olub.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice