Bakı,AzerPress
Osmanlıya qədərki İslam mədəniyyətinin Avropa İnti- bahına təsiri haqqında çox az insanın şübhəsi vardır. Osmanlılar həm Avropadakı İntibaha təsir etmiş, həm də onun təsirində qalmışdırlar. Osmanlı alim və xəritəçiləri Avropada İntibah dövrü kartoqrafiyasıyla eyni mənbələri, yəni ilk dövrə aid əsərləri, xüsusilə Ptolemeyin “Coğrafiya” adlı əsərindən istifadə etmişdirlər.
Konstantinopol fatehi Sultan Mehmet bəziləri rum olan elm adamlarını öz ətrafında toplamışdır. Fateh 1465- ci ildə elm adamlarının Ptolomeyin “Coğrafiya” əsərini ərəb dilinə, 1475-ci ildə Belaunun “Atlas”ını türk dilinə tərcümə etmələrini əmr etmişdir. Həmçinin XV əsrdə astronomiya sahəsində çox yüksək biliyə sahib səmərqəndli məşhur alim Əli Quşçu İntibahın davamçılarından çox irəlidə idi.
Paytaxtı İstanbula köçürmək Roma İmperiyasının keçmiş əzəmətinin yeni bir baxışla canlandırılmasını təmin etmişdir. Konstantinopolu Roma ilə yenidən birləşdirmə utopiyası Osmanlılarda İtaliya incəsənətinin inkişafına qarşı xüsusi bir yanaşmaya zəmin yaratmışdır. Bu fikirdən daşınana qədər italyan sənətkar və memarlara aktiv şəkildə dəstək verildi. Bu xəyalın həyata keçirilməsinin qeyri-mümkün olduğu anlaşıldıqda isə əcnəbi memarları artıq dəvət etmədilər.
İntibah dövrü italyan kilsələri ilə Osmanlı məscidləri arasındakı paralellik bununla əlaqəli qələmə alınan eyni dövrə aid (hər biri müxtəlif tarixi arxa plana istinad edən) yazılarda diqqətdən kənarda qalır. İtalyan humanistlərin saf klassik şəcərə axtarışında olması və Osmanlının İslam mirasına verdiyi əhəmiyyət kəmərlər haqqındakı əsərlərin yazılmasına səbəb olmuşdur. Humanizm haqqındakı yazılar xüsusilə bu mədəni fərqlilikdən bəhs edir.
İtaliyada və Osmanlı İmperiyasında mərkəzi günbəzli məbədlərin eyni zamanda ortaya çıxması müştərək bir Roma-Bizans memarlığının canlandırılması ilə əlaqələndirilə bilər. Osmanlının italyan memarlığının yeniliklərinə qarşı münasibətini anlamaq italyan memarlara göndərilən sənədləşdirilmiş dəvətnamələrin sayəsində daha asandır. Memarlıqla əlaqəli fikirlərdə ikitərəfli mübadilənin mümkün olduğunu düşünmək hadisələrin əskikliyinə görə çox çətindir. Osmanlı və İntibah dövrü İtaliya arasındakı memarlıqla əlaqəli fikir mübadiləsi müxtəlif vasitələrlə həyata keçirilmişdir: İstanbuldakı Avropa səfirliklərinə göndərilən sənətkarlar, Osmanlı diplomatları, Avropa alimləri, Osmanlı padşahlarının əzəmətli dövlət və Roma ilə Konstantinopol arasında əlaqə yaratma amalları, İstanbulda böyük həvəslə işləməyə hazır məşhur və zəngin italyan sənətkarlar. Bunların bir nümunəsi Avstriya Habsburq səfirliyinə təyin olunmuş danimarkalı sənətkar Melxiordur. İstanbuldakı səfirliklərə gedən sənətkarlardan başqa bəzi diplomatlar da biliyin ötürülməsində rol oynamışdırlar. Bunlardan biri heykəltaraş venesiyalı Baylo Markantonio Barbarodur (1518-1595). Qardaşı Daniele Barbaro memarlıq sahəsində əsərlər yazmış və Osmanlı vəziri Sokullu ilə məktublaşmışdır. Markantonio bir çox məktubunda Memar Sinanın tikdiyi məscidləri tərifləmiş və “qürurverici” adlandırmışdır. Sinan Markantonionun tərtib etdiyi Palladionun673 Redentore kilsəsinə də təsir etmişdir. Bir çox Avropa alimi bu kilsənin iki incə qülləsinin Memar Sinanın inşa etdiyi minarələrindən ilhamlandığını irəli sürür. Heç şübhə yoxdur ki, osmanlılarla venesiyalılar arasındakı yaxın ticarət, mədəni və diplomatik əlaqələr, venesiyalı diplomatların Osmanlı memarlığına qarşı marağını artırmışdır.
Osmanlı hakimiyyəti boyunca padşahlar təcrübələrindən istifadə etmək məqsədilə avropalı mütəxəssisləri dəvət etmişdirlər. XVI əsrdə avropalı mühəndislərdən ibarət xüsusi bir komissiya yaradılmışdır. Məsələn, Leonardo Da Vinçi mütəxəssis olduğu sahə ilə əlaqəli eskizlərini padşaha təqdim etmişdir. Osmanlı incəsənəti XVI əsrə qədər Avropada zirvədə idi. Ehtimal olunur ki, Fateh məscidinin tərtibində İtaliya İntibahının təsiri vardır. Bu Antonio Averlinonun (1400-1469) əsərlərindən biri olan Milandakı Ospedale Macorenin planına bənzədilir. Fatih Sultan Mehmedin İtaliya İntibahına qarşı münasibəti xələfi II Bəyazidə də miras qalmışdır. II Bəyazid Mikelancelo və Leonardo Da Vinçidən Xəlic limanında salınacaq körpü ilə əlaqəli yardım istəmişdir. Da Vinçi ona bir eskiz təqdim etmiş və Mikelancelo da İstanbul səyahətinə böyük əhəmiyyət vermişdir. Osmanlılar XVII-XVIII əsrlərdə Fransa incəsənətindəki inkişafa da maraq göstərirdilər. III Əhməd dövründə (1703-1730) və Vəziri-Əzəm İbrahim Paşanın da təşəbbüsləri ilə bir “sülh dövrü” yaradılmışdır. Osmanlılar Fransa ilə qurduqları münasibətlər sayəsində Avropa memarlığında geniş yayılmış Barokko və Rokoko üslublarından təsirlənmişdirlər. Barokko ilk dəfə Səlcuqlu türklərinin inkişaf etdirdiyi bir üslub kimi tanınmışdır. İtaliyada yenidən meydana çıxmış və Osmanlı dövründə türklər arasında geniş yayılmışdır.
Çox sayda turist və diplomat həmin dövr Qərb həyat tərzini və ənənələrini öyrənmək üçün Avropa şəhərlərinə, xüsusilə də Parisə göndərilmişdir. Avropa Barokko və Rokoko üslubunun dekorativ ünsürləri Osmanlı dini memarlığına da təsir etmişdir. Otuz illik müddətdə osmanlılar üzünü tamamilə Qərbə çevirmiş, İstanbulun ətrafındakı monumental və klassik əsərlərin yerinə villalar, köşklər və malikanələr tikmişdirlər. Şərqi Anadoludakı İshaq Paşa Sarayının inşası da (1685-1784) həmin dövrə təsadüf edir.
Bu dövrdə Osmanlı İmperiyası inkişafda geriləmə döv- rünü yaşayırdı. Katib Çələbi, İbrahim Mütəfərriqa və Piri Rəis inkişafı davam etdirməyə çalışsalar da, onların cəhdləri ciddi nəticə verməmişdir. Bu təşəbbüslər boşa çıxdığı zaman hərbi məğlubiyyətlər dövlətdə reformizmə ehtiyac yaratmışdır. Reformasiyaların uğursuz olmasının ən mühüm səbəblərindən biri sələflərindən miras aldıqları inancsistemini səhv şərh etmək nəticəsində yaranan epistemologiya böhranı idi. Sonrakı padşahlar praktik incəsənət və elmlərlə məşğul olsalar da, nəzəri səviyyəyə çata bilməmişdirlər.
Misir, İran və Qərbi Asiyadakı məşhur mədrəsələrdən imperiyanın paytaxtına dönən alimlər özləri ilə birlikdə İmam Qəzzali və İbn Rüşdün davamçılarının iman və ağıl əlaqəsi haqqında köhnəlmiş mübahisələrini də gətirmişdilər. Həyatın elmi reallıqları imanın həqiqəti (iman prinsipləri) ilə təzad yarıdırmı? Osmanlı alimləri bunu uzun müddət müzakirə etmiş və İbn Rüşdün müxalif düşüncələri qarşısında Qəzzalinin “təhafüt” (əlaqəsizlik) fikrini dəstəkləmişlər. Bu da bütün elmi tədqiqatların, həmçinin ənənəvi Sünni inanca uyğun olmayan və yaxud tamam zidd görünən düşüncələrin sonu olmuşdur.Osmanlı dövləti dönük hesab etdiyi çox sayda gənc və bacarıqlı insanı cəzalandırmışdır. Bu psixoloji faktor da diqqətdən kənar tutulmamalıdır. XIX əsrdən əvvəl osmanlılar qərbdən çox irəlidə olduqlarını hiss edirdilər. Luis qeyd edir ki, bu münasibət onların acı həqiqəti olmuşdur. Elm adamı Katib Çələbi demək olar ki, tək başına Osmanlı İntibahı və maarifçiliyi üçün mübarizə aparan bir şəxsiyyət idi. Onun 15000 məqalədən ibarət izahlı, ensiklopedik əsəri “Kəşfüzzünun” ən məşhur kitablar arasındadır. Rasional siyasət və şəriət arasındakı fərqi açıq şəkildə göstərmişdir. Rasional dünya görüşünə sahib olsa da, şəriət əleyhdarı kimi görünmək istəməmiş, bu mövzuda həssas davranmışdır. Kimya, biologiya, riya- ziyyat, coğrafiya və təbiət elminə çox ənəmiyyət vermiş, tədrisdə orijinal mənbələrin üstünlüyünü vurğulamışdır. Mədrəsələrdəki “faydalı elmləri” (ərəbcə öyrətmə) tənqid etmiş, bunun əvəzinə əsas elmlərin tədrisinin vacibliyini bildirmişdir. Ehtimal ki, bünövrəsi bir-birinin üstündə qurulmuş müasir bir “elm piramidası”nın xəyalını qururdu.
İbrahim Mütəfərriqə müharibədə əsir düşmüş bir macar unitarian idi və İslamı qəbul etmişdi. 1727-ci ildə çap maşınını Türkiyədə tanıtdırmış və ilk mətbəəni qurmuşdur. Yəhudilərin (1492-ci ildən), gürcülərin (1567-ci ildən) və pravoslav rumların 1627-ci ildən etibarən özlərinə məxsus çap maşınları var idi. Mütəfərriqə bu gecik- mənin əsas səbəbinin cəhalət olduğuna inanırdı. 1689-cu ildə Vyanada məğlub olan Osmanlı geriləməyə başlamışdır. İbrahim Mütəfərriqə ilk dəfə mədrəsə tələbələri üçün türkcə-ərəbcə lüğət, təbiət və sosial elmlərlə əlaqəli mətnlər nəşr etdirmişdir. Mütəfərriqənin bacarıqlı və uzaq- görən olmasına baxmayaraq, çap maşınından istifadənin birinci əsrində yalnız 180 əsərin nəşr edilməsi, tənəzzülün başqa bir göstəricisi idi. Bu mütəfəkkirlərdən başqa iki mühüm elm adamının da adını çəkmək mümkündür. Onlardan biri XVI əsrin əvvəllərində ən mükəmməl dünya xəritəsini çəkən admiral Piri Rəis idi. Bir dəniz döyüşündə məğlub olduqdan sonra edam edilmişdir. Təbiətşünaslıq alimi ərzurumlu İbrahim Haqqı (1703-1780) “Mərifətnamə” (1756) adlı əsərində Darvindən əvvəl təkamül nəzəriyyəsi ilə bağlı görüşlərini izah etmiş və bu mövzu ilə əlaqəli aşağıdakı xəbərdarlığı da əlavə etmişdir: “Belə bir məlumatı inkar edənlər öz inanclarına qarşı günah işləyirlər”. Bu kitabın 1835-ci ildə Kavalalı Mehmet Paşanın valiliyi zamanında Qahirədə nəşr edilməsi ilk dövrlər dəyərinin başa düşülmədiyini və müəllifin fikirlərinin rəğbətlə qarşılanmadığını göstərir. Buna görə də doğruluq və inancın qorunması adı altında bu təşəbbüslərin qarşısı alındığı zaman osmanlılar avropalılaşmaq məcburiyyətində qaldılar. Bütün bunlar dövlətin geriləməsinə və süqutuna səbəb olmuşdur. Osmanlı mədəniyyətinin tədqiq olunması türk xalqlarının, xüsusilə də Səlcuqlu və osmanlıların İslam incəsənətinin inkişafına böyük təsirindən xəbər verir. Osmanlı incəsənət və memarlığı İslam ideallarına istinad edən və başqa mədəniyyətləri öyrənməyə maraqlı olan, ümumbəşəri mədəniyyət yaratmışdır. Şübhə yoxdur ki, Osmanlı nail olduğu bu uğurlarla İntibaha öz möhrünü vurmuşdur.