Əsas səhifə » Orban və Mirziyoyev Şuşada ikitərəfli əlaqələrin perspektivlərini müzakirə ediblər

Orban və Mirziyoyev Şuşada ikitərəfli əlaqələrin perspektivlərini müzakirə ediblər

Fərid Mikayilov

Bakı,VOA

Şuşada Macarıstanın Baş naziri Viktor Orban və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında ikitərəfli danışıqlar olub.

VOA xəbər verir ki, bu barədə Macarıstan Baş nazirinin mətbuat katibi Zoltan Kovaç “X” sosial şəbəkəsində məlumat verib.

Z. Kovaç yazıb: “Liderlər qeyd ediblər ki, Macarıstan-Özbəkistan əməkdaşlığı son illər əhəmiyyətli dərəcədə inkişaf edib və iki ölkə arasında çoxsaylı iqtisadi layihələrin başlandığı 2021-ci ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”.

banner

O əlavə edib ki, görüş zamanı Orban və Mirziyoyev ikitərəfli münasibətləri daha da gücləndirmək üçün yeni əməkdaşlıq sahələri barədə razılığa gəliblər.

Özbəkistan Prezidentinin mətbuat xidməti, öz növbəsində, məlumat verib ki, iki ölkə liderləri danışıqlar zamanı bir sıra əsas istiqamətlər üzrə strateji tərəfdaşlıq və praktiki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

“Müzakirələrdə ticarətin və qarşılıqlı investisiyaların artmasının vacibliyi vurğulanıb, yeni mədəni və təhsil təşəbbüslərinin əhəmiyyəti qeyd edilib”, -deyə məlumatda qeyd olunur.

İki ölkə liderlərinin görüşü Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşü çərçivəsində baş tutub.

Digər Kateqoriyalar

2023 © AzerVoice