Əsas səhifə » Oğuzun Surxayxan qalaları

Oğuzun Surxayxan qalaları

Orkhan Qadirzade

Bakı, AzerVoice

Surxayxan qalası Oğuz rayonundan 55 km-şimal şərqdə olan Filfilli kəndində yerləşir.

Qazıqumuqlu Surxay xan tərəfindən müdafiə məqsədi ilə inşa edilən qalanın tikintisində çay daşlarından istifadə edilib. Tacbənd formada tikilən tavan hissəsi, həmçinin otaq arası keçidlərin üst hissələri bişmiş hərpicdən hörülüb.

Düzbucaqlı formada olan qalanın hündürlüyü on metrdir. Qala divarının eni isə bir metrə çatır.

banner

18-ci əsrdə tikilən bu qala beş otaqdan ibarət olub. Qalanın işıqlandırılması üçün divarların içində şam yerləşdirilən oyuqlar mövcuddur.

Bildiyimiz kimi qalalar müdafiə məqsədilə inşa edilirdi. Bu səbəbdən qalaların tikiləcəyi yerlər xüsusi əhəmiyyət daşıyırdı.

Surxay qalası da Qafqaz dağ silsiləsinin cənub yamacında qaya üzərində inşa edilib. Qalanın bir tərəfi sıldırım qayalar, digər tərəfi isə çay və meşə örtüyü ilə əhatə olunub.

Mühasirədən çıxmaq, gizli yolla əlaqə saxlamaq və s. kimi məqsədlərə görə Surxay qalasının sıldırım tərəfində olan divarında gizli yollar inşa edilib.

Qalaya yaxınlıqdakı hündür dağdan yeraltı su kanalı çəkilib. Təxmin edilir ki, mühasirə zamanı qalaya ərzaq gizli keçidlər vasitəsilə gətirilirdi.

Qala yaxınlığında yeraltı evlər inşa edilmişdi. Yeraltı evlər torpağın da verdiyi istiliklə yerüstü evlərdən daha yüksək temperatura sahib olurdu.

Qeyd edək ki, xalq arasında Surxayxan qalası olaraq adlandırılan bir qala daha var. İkinci Surxayxan qalası rayonun ən böyük kəndi olan Xaçmaz kəndi yaxınlığında yerləşir. Qaladağı olaraq bilinən dağın zirvəsində tikilən bu qala çay daşlarından inşa edilib.

Hər iki qalanın tikintisində oxşarlıqlar müşahidə olunur.

Ancaq heyif ki, Surxayxan qalaları yoxa çıxmaq təhlükəsi ilə üz-üzədir. Dağ zirvələrində yerləşmələri və əlçatan olmamaları səbəbindən hər iki qala diqqətdən kənar qalıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice