Əsas səhifə » Netanyahu “Qəzza qəssabı” kimi tarixə düşəcək – Ərdoğan

Netanyahu “Qəzza qəssabı” kimi tarixə düşəcək – Ərdoğan

Aytac Suleymanova

Bakı. AzerPress:

Netanyahu müharibə cinayətkarı olmaqla yanaşı, mütləq “Qəzza qəssabı” kimi də mühakimə olunacaq.

AzerPress-in məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbul Konqres Mərkəzində keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İSEDAK) Daimi Komitəsinin 39-cu Nazirlər Sessiyasının açılış proqramında çıxışı zamanı deyib.

“Biz çox yaxşı bilirik ki, bu gün Qəzzanı işğal edənlər sabah başqa yerləri işğal etmək üçün göz dikəcəklər. Bu gün Qəzzanı müdafiə etmək Qüdslə yanaşı Məkkə, Mədinə, İstanbul, Şam, Beyrut və digər İslam torpaqlarını müdafiə etmək deməkdir”,- deyə Ərdoğan bildirib.

banner

Qeyd edək ki, Qəzza zolağında ölənlərin sayı 15,5 min nəfəri keçib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice