Əsas səhifə » Netanyahu hökuməti tək başına idarə edir- Ben-Qvir

Netanyahu hökuməti tək başına idarə edir- Ben-Qvir

Yamin Savalanli

BakıAzerVoice

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir baş nazir Benyamin Netanyahunu hökuməti tək başına idarə etməkdə ittiham edib.

AzerVoice xəbər verir ki, Ben-Qvir bu bahqda X sosial media platformasındakı etdiyi paylaşımda deyib.

O Netanyahunu kabinet iclasları da daxil olmaqla təkbaşına qərarlar verməkdə və koalisiya tərəfdaşlarını nəzərə almamaqda günahlandırıb.

Nazirlər Kabinetinin iclaslarını “mənasız” olaraq təsvir edən Ben-Qvir vəziyyətin “dözülməz hala gəldiyini” deyib.

banner

Netanyahunun kabinetlə məsləhətləşmədən HƏMAS ilə dolayı əsir mübadiləsi danışıqları üçün İsrail nümayəndə heyəti göndərmək qərarını tənqid edən Ben-Qvir baş naziri koalisiyadan çıxacağı ilə hədələyib.

Digər Kateqoriyalar

2023 © AzerVoice