Əsas səhifə » Netanyahu dünya sülhü üçün təhdiddir – Ömər Çelik

Netanyahu dünya sülhü üçün təhdiddir – Ömər Çelik

admin
  • Bakı. AzerPress:
  • Netanyahu idarə sistemi regional və dünya sülhü üçün təhdiddir.
  • AzerPress-in məlumatına görə, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və partiya sözçüsü Ömər Çelik deyib.
  • “İsrailin Qəzzadakı Türk-Fələstin dostluq xəstəxanasına hücumu qeyri-insani hücumlarına bir yenisini əlavə edən vəhşi bir hərəkətdir. Biz İsrailin insan haqlarını və beynəlxalq hüququ göz ardı edən hücumlarını ən sərt şəkildə qınayırıq. Bu hücumların İsrailin özünü müdafiə etmək hüququ ilə heç bir əlaqəsi yoxdur, bu hücumlar Qəzza xalqını məhv etməyə yönəlmiş qırğınlardır. Netanyahu idarə sistemi günahsız insanların həyatını kütləvi şəkildə hədəfə almağa davam edir. Bu idarə regional və dünya sülhü üçün təhlükədir. Bütün regionu və bəşəriyyəti əhatə edən bu vəhşi və təhlükəli təcavüzə qarşı göz yuman beynəlxalq ictimaiyyət bu qətliamların bir parçasıdır”,- deyə o bildirib.
  • Məlumat üçün bildirək ki, Türkiyə tərəfindən, təxminən 34 min 800 kvadratmetr sahədə inşa edilən, üç mərtəbəli və 180 çarpayılıq xəstəxananın tikintisi 2017-ci ildə başa çatdırılıb.
  • Aytac Süleymanova
  • Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice