Əsas səhifə » Naxçıvanda internet istifadəçilərinin sayı artırılıb

Naxçıvanda internet istifadəçilərinin sayı artırılıb

Tasnim İsmixan

Bakı. AzerPress:

Rabitə sistemində yeni texnologiyaların tətbiqi günümüzün tələbləri sırasındadır. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən rayon, şəhər və kəndlərdə telekommunikasiya sistemlərinin qurulması, əhalinin dayanıqlı rabitə və yüksəksürətli internet xidmətlərilə təmin olunması istiqamətində zəruri işlər həyata keçirilir.

Bu barədə AzerPress-ə Muxtar Respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyindən məlumat verilib.

Genişzolaqlı internet şəbəkəsini genişləndirmək üçün avtomat telefon stansiyalarında internet tutumları tələbata uyğun olaraq artırılır.

banner

Həyata keçirilən tədbirlərin davamı olaraq genişzolaqlı internetə olan tələbatın ödənilməsi məqsədi ilə Kəngərli rayonunun Xok kəndində istismarda olan Avtomat Telefon Stansiyasının internet tutumu artırılıb. Bunun nəticəsində 100-dən artıq müraciət edən abonentin tələbatının ödənilməsinə şərait yaradılıb. Bunlarla yanaşı, mövcud Avtomat Telefon Stansiyasının optik arabağlantılarla Mərkəzi Avtomat Telefon Stansiyasına qoşulması təmin olunub. Bu da abonentlərin keyfiyyətli rabitə və internet xidmətlərindən yararlanmalarına şərait yaradacaqdır.

Qeyd edək ki, cari ilin müvafiq dövründə xidmətlərin keyfiyyətinin artırılması məqsədilə Kəngərli rayonunun Xok kəndində Avtomat Telefon Stansiyası NGN texnologiyası əsasında yenidən qurulub. Avtomat Telefon Stansiyasında aparılan yenilənmə işləri ilə əlaqədar olaraq Nazirlik tərəfindən internetdən istifadənin müddəti ödənişsiz olaraq 10 günədək uzadılıb.

Digər bölgələrdə də abonentlərin yüksəksürətli, genişzolaqlı xidmətlərlə təmin etmək üçün mövcud şəbəkə tutumların genişləndirilməsi nəzərdə tutulur.

Digər Kateqoriyalar

2023 © AzerVoice