Əsas səhifə » Navi Pillayın açıqlamaları İsrailin törətdiyi cinayətləri təsdiqləyir – Həmas

Navi Pillayın açıqlamaları İsrailin törətdiyi cinayətləri təsdiqləyir – Həmas

Yamin Savalanli

Bakı, VOA

HƏMAS bəyan edib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) işğal olunmuş Fələstin ərazilərində törədilən cinayətləri araşdıran Müstəqil Beynəlxalq İstintaq Komissiyasının sədri Navi Pillayın bəyanatları İsrailin Qəzza zolağında törətdiyi cinayətləri təsdiqləyir.

VOA xəbər verir ki, HƏMAS-ın verdiyi yazılı açıqlamada BMT komissiyasının sədri Pillayın açıqlamaları dəyərləndirilib.

Bildirilib ki, Pillayın bəyanatları “İsrail ordusunun Qəzza zolağında və işğal olunmuş Fələstin ərazilərində Fələstin xalqına qarşı törətməyə davam etdiyi soyqırım, etnik təmizləmə və məcburi köç kimi cinayət və qanun pozuntularla bağlı BMT-nin yeni dəlilləridir.”

banner

Bəyanatda “qurban və cəlladın eyni hesab edildiyi” vurğulanıb və İsrailin Fələstin müqavimətinə qarşı saxta olması sübuta yetirilmiş ittihamları davamlı şəkildə təkrarlaması rədd edilib.

Bəyanatda beynəlxalq ictimaiyyətə, BMT-yə və bütün hüquq dairələrinə İsrailin Fələstin xalqına qarşı cinayətlərinin dayandırılması üçün çalışmaq çağırışı edilib.

Həmçinin, hərbi cinayətkar İsrail liderlərinin məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq məhkəmələrin səylərini dəstəkləməyə çağırıb.

BMT-nin işğal olunmuş Fələstin ərazilərində törədilmiş cinayətləri araşdıran Müstəqil Beynəlxalq Araşdırma Komissiyasının sədri Navi Pillay BMT-nin İnsan Hüquqları Şurasının 56-cı Sessiyası çərçivəsində komissiyanın hesabatı ilə bağlı keçirilən interaktiv dialoq iclasında çıxış edib.

“İsrail Qəzzada on minlərlə uşağı öldürüb və ya şikəst edib” deyən Pillay, minlərlə fələstinli uşağın böyük ehtimalla dağıntılar altında qaldığını bildirib.

Digər Kateqoriyalar

2023 © AzerVoice