Əsas səhifə » NATO ilə əməkdaşlıq üzrə Komissiyanın tərkibi genişləndirildi – FƏRMAN

NATO ilə əməkdaşlıq üzrə Komissiyanın tərkibi genişləndirildi – FƏRMAN

Daspina Hasanova

Bakı. TurkicWorld:

“Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibinə dair bəzi məsələlər haqqında” fərmanda dəyişikliklər edilib.

TurkicWorld xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanda əksini tapıb.

Fərmana əsasən, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi” abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilib:

banner

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi.

Digər Kateqoriyalar

2023 © AzerVoice