Əsas səhifə » Napoleonun intihar silahları hərraca çıxarılıb

Napoleonun intihar silahları hərraca çıxarılıb

Fərid Mikayilov

Bakı,AzerVoice

Keçmiş Fransa imperatoru Napoleon Bonaparta məxsus, vaxtilə özünü öldürməyə cəhd etdiyi iki silah hərracda 1,69 milyon avroya satılıb.

AzerVoice xəbər verir ki, Napoleon Parisin işğalından sonra depressiyaya düşüb və 1814-cü il aprelin 12-nə keçən gecə bu silahlarla özünü öldürməyə cəhd edib.

İntihar cəhdi uğursuz olub, çünki Napoleonun baş köməkçisi Armand de Caulaincourt əvvəlcədən silahın içindəki barıtı boşaltmışdı.

banner

Napoleon intihara cəhd etdiyi silahları Caulaincourta verib.

“İmperator o qaranlıq günlərdə sədaqətinin yadigarı olaraq iki silahı qılıncla birlikdə Caulaincourta hədiyyə etdi. Silahlar o vaxtdan Caulaincourt ailəsində idi”,- deyə Silahların hekayəsini danışan auksionçu bildirib.

Qeyd edək ki, Napoleonun həkk olunmuş təsviri olan silahlar, barıt qutuları və toz çubuqları aksesuarlarla birlikdə satılırdı. Onun “Bicorne” adlı məşhur qara papaqlarından biri noyabrda 1,9 milyon avroya satılıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice