Əsas səhifə » Müdafiə xərclərindəki iki faizlik hədəfi artıracağıq – Stoltenberq

Müdafiə xərclərindəki iki faizlik hədəfi artıracağıq – Stoltenberq

Hafiz Rufizoglu

Bakı, AzerVoice

Müdafiə xərclərində iki faizlik hədəfi artıracağıq.

AzerVoice xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq “Müdafiə Sənayesi Forumu”nda çıxışı zamanı deyib.

O, alyans üzvlərinin Ümumi Daxili Məhsullarının iki faizindən çoxunu müdafiəyə sərf etməli olduqlarını bəyan edib.

banner

Tarixin ən uğurlu ittifaqının 75-ci ildönümünü qeyd etdiklərini bildirən Stoltenberq sammit çərçivəsində NATO-nun gələcəyi ilə bağlı mühüm qərarlar verəcəklərini vurğulayıb.

Stoltenberq NATO-nun əsas missiyaları olan Ukraynaya dəstək, tərəfdaşlıqların gücləndirilməsi, müdafiə və çəkindirmə ilə bağlı addımlar atacaqlarına diqqət çəkib.

“NATO-nun əsas məqsədi çəkindirici gücü ilə müharibənin qarşısını almaq və sülhü qorumaqdır” – deyə o qeyd edib.

Stoltenberq qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi sahib olduğumuz ehtiyat və istehsal gücünün yetərli olmadığını göstərdi. Bu müharibə həmçinin, müttəfiqlərin birgə hərəkət etmə imkanlarında ciddi problemlərin olduğunu da ortaya çıxardı.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice