Bakı, AzerVoice
İndiyə qədər deputatlığa namizədliyi qeydə alınan namizədlərin sayı açıqlanıb.
,AzerVoice xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
“İndiyə qədər 881 deputatlığa namizədi qeydə alınıb”, – o deyib.
Ümumilikdə isə 1508 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. Bir yer üçün 11 nəfər mübarizə aparır.
MSK sədri qeyd edib ki, Azərbaycanda dövlət qeydiyyatına alınan 26 partiyadan 25-i seçkilərdə iştirak edir.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.