Əsas səhifə » Moskvada Putinlə Rəisi arasında görüş başlayıb

Moskvada Putinlə Rəisi arasında görüş başlayıb

Hafiz Rufizoglu

Bakı. AzerPress:

Rusiya Prezidenti Vladimir Putin ölkəyə işgüzar səfərə gələn İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi ilə görüşüb.

AzerPress rus KİV-lərinə istinadən xəbər verir ki, Kremldə təşkil olunan danışıqlarda daha çox ikitərəfli məsələlər diqqət mərkəzində olub.

Görüş zamanı liderlər, həmçinin regional proseslər ətrafında da fikir mübadiləsi aparıblar.

banner

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi dekabrın 7-də Rusiyanın paytaxtı Moskvaya gedib.

Digər Kateqoriyalar

2023 © AzerVoice