Əsas səhifə » Monqolustan Prezidenti Özbəkistana rəsmi səfər edəcək

Monqolustan Prezidenti Özbəkistana rəsmi səfər edəcək

Fərid Mikayilov

Bakı,VOA

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux iyunun 23-26-da Özbəkistana rəsmi səfər edəcək.

VOA xəbər verir ki, görüşdə Özbəkistan-Monqolustan əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq.

Həmçinin görüşdə ikitərəfli ticarət həcminin artırılması, mədənçıxarma, kənd təsərrüfatı, heyvandarlıq, səhiyyə, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlıq layihələrinin həyata keçirilməsi planlaşdırılır.

banner

Dövlət səfəri çərçivəsində prezidentlərin iki ölkənin aparıcı şirkətlərinin nümayəndələri ilə görüşü və bir sıra ikitərəfli tədbirlərin keçirilməsi gözlənilir.

Digər Kateqoriyalar

2023 © AzerVoice