Əsas səhifə » Milli Məclis növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib

Milli Məclis növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib

Narmin Ağayeva

Bakı. VOA

Milli Məclis növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

VOA-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi üçün Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi haqqında məsələ daxil edilib.

Parlamentin sədri Sahibə Qafarova bildirib ki, Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət etməyi xahiş ediblər.

banner

Müzakirələr zamanı deputatlar Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçiriləcəyini diqqətə çatdıraraq növbədənkənar parlamentin seçkilərinin keçirilməsini məqsədəuyğun hesab ediblər.

Müzakirələrdən sonra müraciət səsverməyə qoyularaq qəbul edilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice