Bakı, AzerVoice
Meksikada prezident Andres Manuel Lopez Obradorun təklif etdiyi məhkəmə islahatına etiraz edən nümayişçilər iclas zamanı Senat binasına daxil olublar.
AzerVoice xəbər verir ki, təhlükəsizlik qüvvələrini aşaraq Senatın binasına basqın edən yüzlərlə etirazçı əllərində Meksika bayraqları və məhkəmə islahatlarına qarşı plakatlar qaldırıblar.
Etirazçılar islahatın müzakirə edildiyi iclas zalına daxil olaraq şüarlar səsləndirib və senatorları islahatı qəbul etməməyə çağırıblar.
Məhkəmə islahatına qarşı çıxan hakimlər avqustun 22-dən etibarən müddətsiz tətilə başlayıblar. Hakimlərin tətili, islahat ləğv edilənə və ya Konqres müzakirələr aparıb qərar qəbul edənə qədər davam edəcək.
Qarşılıqlı hörmət və anlayış gözləyirik – Meksika Prezidenti Obrador
Qeyd edək ki, Obradorun təklif etdiyi islahat, hakimlərin ümumxalq səsverməsi yolu ilə seçilməsini və Konqres və məhkəmə sistemi tərəfindən namizədlərin irəlilədilməsini nəzərdə tutur. Analitiklər və beynəlxalq müşahidəçilər isə , bu islahatın məhkəmələri daha az təcrübəli və siyasi qərəzli hakimlərlə dolduracağı narahatlığını bildirirlər.