Əsas səhifə » Malazgirtdən əvvəl hansı döyüşdə qalib gəlindi?

Malazgirtdən əvvəl hansı döyüşdə qalib gəlindi?

admin

Bakı, AzerPress

Tuğrul bəyin ögey qardaşı İbrahim Yinal 1047-ci ildə Nişapura gələn türkmənləriAnadoluya göndərdi və onların arxasınca gələcəyinə söz verdi.

Bu arada Səlcuqlu sülaləsindən Həsən bəyin komandanlığı altında olan qüvvələr də (1047/1048-ci illər ) Van gölü hövzəsini ələ keçirmək üçün hərəkətə keçdilər.

Vaspurakanda Bizans valisi Harun Böyük Zap Suyu ətrafında pusqu quraraq Səlcuqları məğlub etdi və savaşda Səlcuqlu şahzadəsi Həsən bəy də şəhid oldu.
Bu hadisədən sonra böyük bir ordu ilə Anadoluya gələn İbrahim Yinal və Kutalmış 18 sentyabr 1048-ci ildə Pasin düzündə Həsənqalada Bizans qüvvələrini məğlub etdilər.

banner

Bu zəfər sayəsində türkmənlər Anadoluda yayılmaq imkanı əldə edərək Trabzona qədər irəlilədilər.

Mənbə, ERHAN AFYONCU (SORULARLA OSMANLI İMPARATORLUǦU)

Digər Kateqoriyalar

2023 © AzerVoice