Əsas səhifə » Macarıstan Ukraynadakı müharibənin bitməsinin tərəfdarıdır

Macarıstan Ukraynadakı müharibənin bitməsinin tərəfdarıdır

Tasnim İsmixan

Bakı. VOA

Macarıstanın baş naziri Viktor Orban ölkəsinin iyulun 1-də başlayacaq Avropa İttifaqı Şurasına sədrliyinin ən mühüm məqamları arasında Ukraynadakı münaqişənin sona çatmasını qeyd edib.

VOA xəbər verir ki, bu barədə o, Almaniyanın “Funke” media qrupuna müsahibəsində bildirib.

“Biz Avropa iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq istəyirik. Biz müharibənin bitməsinin tərəfdarıyıq. Miqrasiya problemi həll edilməlidir. Bundan əlavə, biz əmin olmaq istəyirik ki, Aİ-nin genişlənməsi məsələsində Qərbi Balkanlara doğru irəliləyiş var”, – deyə o qeyd edib.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice