Əsas səhifə » Məsud Pezeşkiyan kimdir? 

Məsud Pezeşkiyan kimdir? 

Azer Voice

Bakı,VOA

İyunun 28-də İranda keçiriləcək prezident seçkilərində ilk dəfə namizəd olan Pezeşkiyan müxtəlif siyasi vəzifələrdə çalışmış şəxs kimi digər aparıcı namizədlərlə yarışacaq.

İranın 12 üzvdən ibarət seçkilərə nəzarət orqanı olan Konstitusiyanın Keşikçilər Şurası şənbə günü baş tutacaq prezident seçkilərində hərtərəfli yoxlama prosesindən sonra 6 nəfərin namizədliyini təsdiqləyib. Təsdiq edilən namizədlər arasında keçmiş səhiyyə naziri, təcrübəli parlament üzvü, eyni zamanda parlament sədrinin müavini vəzifəsində çalışmış Məsud Pezeşkiyanın da adı var.

Ölkənin ən yüksək nəzarət orqanı tərəfindən təsdiq edilmiş namizədlərə bu ay səsvermədən əvvəl təşviqat aparmaq və prezident debatlarını keçirmək üçün iki həftə vaxt verilib.

banner

1954-cü il sentyabrın 29-da Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində anadan olan Pezeşkiyan İran parlamentində məclis üzvü kimi təbrizliləri təmsil edib.

Pezeşkiyan kimdir?

Məsud Pezeşkiyan prezident Məhəmməd Hatəminin administrasiyasında (2001-2005) səhiyyə naziri vəzifəsində çalışıb. Pezeşkiyan 8-ci, 9-cu, 10-cu və 11-ci məclislərdə millət vəkili seçilib. O, həmçinin 2016-2020-ci illərdə birinci vitse-prezident vəzifəsində çalışıb.

Təhsili üzrə ürək cərrahı olan Pezeşkiyan əvvəllər Təbriz Tibb Elmləri Universitetinin rektoru vəzifəsində çalışıb və hazırda İranın şimalındakı bu nüfuzlu universitetin akademik heyətində işləyir.

İslahatçılara yaxınlığı ilə tanınan Pezeşkiyan paylaşım edərək idarəçiliyində təcrübəli və bilikli insanlara vəzifə verilməsinin vacibliyini vurğulayaraq, planlarını açıqlayıb.

Pezeşkian həmçinin İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xameneinin əmrlərini yerinə yetirəcəyinə söz verib və İranın keçmiş xarici işlər naziri Cavad Zərifi ölkənin xarici işlər nazirliyinə rəhbər seçəcəyini bəyan edib.

İyunun 1-də, qeydiyyatın üçüncü günü, Pezeşkiyan rəsmi olaraq Tehranda Daxili İşlər Nazirliyində bir qrup tərəfdarı ilə yüksək liderlik vəzifəsi uğrunda yarışa qoşulub. Pezeşkian ölkədəki bütün siyasi qruplar arasında birlik və ardıcıllığın vacibliyini vurğulayaraq, siyasi əlaqələrdən daha çox səriştə, bacarıq və təcrübənin vacibliyini vurğulayıb.

Məsud Pezeşkiyan həmçinin prezident İbrahim Rəisi və ətrafının helikopter qəzasında həlak olması ilə bağlı başsağlığı verib,İslam İnqilabının Rəhbəri,ölkə konstitusiyasının müəyyən etdiyi yol xəritəsinin izlənilməsinin vacibliyini vurğulayıb və onların effektiv şəkildə həyata keçirilməsini istəyib.

Digər Kateqoriyalar

2023 © AzerVoice