Əsas səhifə » Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin fəaliyyət istiqaməti müəyyənləşib

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin fəaliyyət istiqaməti müəyyənləşib

Fərid Mikayilov

Bakı,AzerVoice

Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Laçın rayonuna əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxs olacaq.

AzerVoice-in xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsinə edilən dəyişiklikdə əksini tapıb.

Bundan əvvəl Xidmətin fəaliyyət sahəsi Kəlbəcər rayonunu da əhatə edirdi.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice