62
Bakı. AzerPress:
Şimali Koreyanın xarici işlər naziri Tsoy Son Xi Cənubi Koreya ilə əlaqələrə cavabdeh olan dövlət qurumlarının ləğvi planlarını müzakirə edib.
AzerPress xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin plenumunda qurumun Baş katibi Kim Çen In Cənubi Koreya və onun düşmənləri ilə birgə işlə məşğul olan dövlət və partiya orqanlarının ləğvi və nizama salınması, əsas prinsiplərin və səylərin istiqamətlərinin kökündən dəyişdirilməsi vəzifəsini qarşıya qoyub.
O qeyd edib ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) və Koreya Respublikası bir-birinə düşmən dövlətlər olublar.