Əsas səhifə » Kolumbiya Universitetində yeni tədris ili Qəzzaya dəstək ilə başladı

Kolumbiya Universitetində yeni tədris ili Qəzzaya dəstək ilə başladı

Yamin Savalanli

Bakı, AzerVoice

Kolumbiya Universiteti yeni tədris ilinə Fələstin tərəfdarı etirazlar və sərt təhlükəsizlik tədbirləri ilə başlayıb.

AzerVoice xəbər verir ki, ötən il İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlara qarşı nümayişlər universitetdə gərginlik yaratmışdı.

Semestrin ilk günündə nümayişçilər kampus qapılarına toplaşdılar. Polis ən azı iki nəfərin saxlanıldığını bildirsə də, nümayişlərin ümumilikdə “dinc” şəkildə keçdiyini dedi.

banner

Etirazçılar Fələstin tərəfdarı şüarlar səsləndirərək Kolumbiya Universitetinin məşhur dəmir qapıları önündə dairələr təşkil etdilər.

CBS News-un məlumatına görə, kampusda ən böyük insident günorta saatlarında baş verib. Aşağı Memorial Kitabxanasının qarşısındakı Alma Mater heykəli etirazçılar tərəfindən qırmızı boya ilə rənglənib. Ərazi bağlanıb və təmizlik qrupu işə başlayıb.

Fələstin tərəfdarı etirazçılar tələbələrə ötən il niyə etiraz etdiklərini xatırlamalı olduqlarını deyiblər. Onlar payladıqları vərəqələrdə “Yeni tədris ili həyəcanınızı bir kənara qoyun və dollarlarımızla ölən fələstinliləri xatırlayın” ifadəsini işlədiblər.

Kolumbiya Universitetinin sözçüsü Samantha Slater, BBC-yə verdiyi açıqlamada, etirazlara toxunmadan yeni dövrdə universitetin “tədris, bilik yaratma və inkişaf etdirmə missiyasına diqqət yetirdiyini” və təhlükəsiz bir kampus mühiti təmin etmək məqsədlərinin olduğunu söyləyib.

Qeyd edək ki, son tədris ili Nyu York Polis Departamentinin kampus meydanını ələ keçirmiş Fələstin tərəfdarını dağıtması ilə başa çatdı. Tələbələr qısa müddətə bir akademik binanı ələ keçirmişdi və 100-dən çox tələbə polisin müdaxiləsi ilə saxlanılmışdı. Bu hadisələrdən sonra universitet buraxılış mərasimini ləğv etmişdi.

Bu hadisələr zamanı Kolumbiya Universitetinin prezidenti olan Minouche Shafik polisin müdaxiləsinə icazə verdiyi üçün keçən ay istefa verdi.

Digər Kateqoriyalar

2023 © AzerVoice