Əsas səhifə » Kocaelidə dənizə giriş qadağan edilib

Kocaelidə dənizə giriş qadağan edilib

Hafiz Rufizoglu

Bakı, AzerVoice

Kocaelinin Kandıra rayonunda əlverişsiz hava və dəniz şəraiti səbəbindən dənizdə çimmək qadağan edilib.

AzerVoice xəbər verir ki, bu barədə Kandıra Qubernatorluğu məlumat yayıb.

“Əlverişsiz hava və dəniz şəraiti ilə əlaqədar avqustun 9-da Kerpe və Kovanağzı istisna olmaqla, rayonun bütün çimərliklərində çimmək qadağan edilib.” – deyə məlumatda qeyd edilib.

banner

Vətəndaşlardan qadağaya əməl etmələri və xilasetmə xidmətinin göstərildiyi qadağa çərçivəsindən kənar ərazilərdə üzməmələri istənilib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice