Əsas səhifə » Katib nədir?

Katib nədir?

Azer Voice

Bakı,AzerVoice

Katib müsəlman dövlətlərinin rəsmi qurumlarında yazı ilə əlaqəli müxtəlif işləri yerinə yetirən məmurlar üçün istifadə olunan termindir.

Quranın nazil olma prosesinə paralel surətdə başlayan katiblik, vəhyin yazılmasından başqa müxtəlif qəbilə və dövlətlərə göndərilən məktublar, əhdnamələr və digər sənədlərin yazılması üçün Məhəmməd peyğəmbər dövründən etibarən fəaliyyət göstərmişdir.

Raşidi xəlifələr dövründə Divan təşkilatının təsis olunmasından etibarən, bütün müsəlman dövlətlərində mövcud olmuş “Divani- inşa”nın rəhbərliyinə geniş dünyagörüşlü, yüksəksəviyyəli dil bilikləri və yazı qabiliyyəti ilə seçilən, dövrünün ən məşhur katibi olan “münşi” təyin olunmuşdur.

banner

Katiblik yalnız yazma bacarığı ilə məhdud olmayan mühüm dövlət məmurluğuna çevrilmişdir.

Digər Kateqoriyalar

2023 © AzerVoice